...

Bahar Muradova: BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2011 16:40 (UTC +04:00)
BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir. Trend-in məlum atına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Bahar Muradova: BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

BMT Baş Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan üçün önəmlidir. Trend-in məlum atına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

"Beynəlxalq vasitələrin işlənmədiyi bir zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin tükənməsi barədə fikirlərin formalaşması təbiidir. Amma beynəlxalq güc balansını, beynləxalq dairələrin maraqlarını nəzərə alanda və lazım gəldiyi anda qəti hərəkətlər etməyə qadir olduğunu göstərən faktlar ortada olanda imkanların tükənmədiyi qənaətinə gəlmək olur. Sadəcə, bunun üçün siyasi qərar, konkret əməli fəaliyyət lazımdır" , - Muradova əlavə edib.

Muradova bildirib ki, beynəlxalq güclərin imkanlarının, hansı təsir vasitələrinin olduğunu hamı bilir. Sadəcə, bundan istifadə üçün qərarlılıq ortada yoxdur. Qərar olsa ki, artıq bu münaqişəyə son qoymaq lazımdır, bunu həmin an etmək mümkündür.

"BMT çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin yenidən müzakirə edilməsi və müvafiq qərarın qəbul olunması məqsədəuyğun olardı. Təbii ki, bu amil Azərbaycanın diplomatik mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Həm də bəzi dövlətlərin öz mövqelərinin dəqiqləşdirilməsi baxımından vacibdir. BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə bu məsələnin daxil edilməsi önəmlidir. Çünki atəşkəs olduğu halda tez-tez dinc insanların həyatını itirdiyi, əmlakına ziyan dəydiyi, milli-mənəvi sərvətlərin talandığı dövrdə bu məsələyə münasibət bildirməyin özü həmin təşkilatın səlahiyyətinə daxil olan məsələdir. Bu baxımdan, BMT və digər beynəlxalq təşkilatlarda münaqişəyə dair vəziyyətin müzakirəsinin problemin həllinə müsbət təsiri ola bilər" , - Muradova vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti