...

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Rusiya ilə əməkdaşlığı davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Yanvar 2013 10:13 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Rusiya ilə əməkdaşlığı davam etdirəcək. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland brifinqdə bildirib.
Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Rusiya ilə əməkdaşlığı davam etdirəcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Y.Kosolapova/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Rusiya ilə əməkdaşlığı davam etdirəcək. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland brifinqdə bildirib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin cümə axşamı yaydığı məlumatda deyilir.

"Rusiya birgə işləyə bildiyimiz bir sıra məsələlərdə ABŞ-la çoxdan tərəfdaşlıq edir. Hesab edirəm ki, bizim yaxınlaşmağımız Rusiya ilə mümkün qədər daha çox məsələlər üzrə əməkdaşlığın saxlanması cəhdlərini ehtiva edir. Bu, eləcə də ikitərəfli məsələlərə və Dağlıq Qarabağ kimi regional xarakterli problemlərə, habelə İran, Əfqanıstan, Suriya kimi qlobal səviyyəli məsələlərə və s. aiddir", - Nuland deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti