...

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə iş prinsiplərinə möhkəm sadiqdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 09:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend, müxbir E.Tarıverdiyeva /

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə iş prinsiplərinə möhkəm sadiqdir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland brifinqdə bildirib.

"Ermənistanla Azərbaycan arasındakı müharibədə insanların faciəli ölümü bizə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin qeyri-mümkün olduğunu xatırladır. Yalnız möhkəm sülh və münaqişənin nizamlanması regionda stabilliyə, çiçəklənməyə və barışa gətirib çıxara bilər", - Nuland deyib.

Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bu istiqamətdə tərəflərlə iş prinsipinə əvvəlki kimi sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti