...

ABŞ Dövlət Departamenti: ATƏT Azərbaycan və Ermənistan prezidentləri arasında bərpa edilmiş dialoqa dəstək verməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2013 13:50 (UTC +04:00)
ATƏT ölkələri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə bərpa edilmiş dialoqa dəstək verməlidirlər.
ABŞ Dövlət Departamenti: ATƏT Azərbaycan və Ermənistan prezidentləri arasında bərpa edilmiş dialoqa dəstək verməlidir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT ölkələri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə bərpa edilmiş dialoqa dəstək verməlidirlər. Trend-in məlumatına görə, bunu cümə günü ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin liderlərinin dialoqu sabit sülhə doğru ən yaxşı ümiddir: "Dağlıq Qarabağ tərəflərinin sakinləri və digərləri regionda sülh və sabitliyin bərpa edilməsini xeyli müddətdir gözləyirlər".

Qeyd edək ki, bu gün Kiyevdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası keçirilir.

Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən ATƏT-də sədrlik İsveçrəyə keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti