...

Viktoriya Nuland: Ermənistan azərbaycanlı girovları buraxmalıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2015 13:13 (UTC +04:00)
Ermənistanda saxlanılan azərbaycanlı girovlar qaytarılmalıdırlar.
Viktoriya Nuland: Ermənistan azərbaycanlı girovları buraxmalıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Aygün Bədəlova/

Ermənistanda saxlanılan azərbaycanlı girovlar qaytarılmalıdırlar. Trend xəbər verir ki, bunu çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

Viktoriya Nuland qeyd edib ki, bu, humanitar addım kimi həyata keçirilməlidir: "Mən bu mövqeni sabah Yerevanda səsləndirəcəyəm".

O, həmçinin qeyd edib ki, ABŞ son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır.

ABŞ dövlət katibinin köməkçisi qeyd edib: "Biz zorakılığa son qoyulmasının istərdik, biz tərəflərin masa arxasına qayıtmasını istəyirik. Bu prosesi dəstəkləmək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti