...

XİN-dən bəyanat: Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2015 17:05 (UTC +04:00)
“Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin girovların azad edilməsi barədə çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir”.
XİN-dən bəyanat: Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidirlər

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Səba Ağayeva/

"Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin girovların azad edilməsi barədə çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir".

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama "apelyasiya prosesi"nin başa çatması barədə yayılan məlumatı şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən D.Əsgərov və Ş.Quliyev üzərində təşkil olunmuş "məhkəmə prosesi"nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən "qərar"lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz: "Qondarma məhkəmə prosesi vasitəsilə öz üzərinə düşən məsuliyyəti gizlətməyə çalışan Ermənistan tərəfi anlamalıdır ki, Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır. Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları eləcə də mənəvi və psixoloji işgəncələrə məruz qoyur".

XİN rəsmisi bildirib ki, Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir: "Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti