...

Aralıq dənizi Birliyi Barselona prosesinin davamıdır - İsrail XİN-i

Siyasət Materials 15 İyul 2008 15:08 (UTC +04:00)

İsrail, Qüds, 15 iyul/ Trend , müxbir R.Abdullayev/Rəsmi Qüds hesab edir ki, Aralıq dənizi Birliyinin yaradılması təşəbbüsü, on il mövcudluğu ərzində Avropa İttifaqı strategiyasının əhəmiyyətli hissəsi olan Barselona prosesinin davamıdır.

"Aralıq dənizi Birliyinin yaradılması, on il mövcudluğu ərzində Aİ-nin 1992-ci ildə müstəqillik qazanan cənubi Aralıq dənizi ölkələrinə münasibətinin yeni inteqrasiya strategiyasının fəaliyyətdə olan aləti kimi formalaşan Barselona prosesinin və ya Avropa-Aralıq dənizi dialoqunun davamıdır", - Trend -a İsrail XİN-in rəsmi nümayəndəsi Eddi Şapira bildirib.

Aralıq dənizi Birliyi bazar ertəsi Avropa, Şimali Afrika və Yaxın Şərqin 43 ölkəsinin dövlət başçıları və nümayəndələrinin iştirak etdiyi Paris sammitində yaradılıb. 750 milyon əhalisi olan ölkələrin daxil olacağı Birliyin yaradılması ideyası Fransa prezidenti Nikola Sarkoziyə məxsusdur. Yeni təşkilatın vəzifələri arasında qanunsuz mühacirətə və ətraf mühitin çirkləndirblməsinə qarşı mübarizə yer alıb.

İsrail dplomatının fikrincə, mövcud dialoq əhəmiyyətli və effektiv beynəlxalq foruma çevrilib. Avropa İttifaqı üzvləri və cənubi Aralıq dənizi dövlətlərinin əsas ictimai inkişaf məsələləri gündəlikdə duran məsələlərdir. Bu məsələlərə ХХI əsrdə beynəlxalq təhlükəsizliyə edilən təhdidlər; qanunsuz silah alverinin və qeyri-leqal kütləvi mühacirətin miqyasının artması; narkobiznes daxil olmaqla, beynəlxalq terror təşkilatlarının fəaliyyəti; Cənubi Aralıq dənizi dövlətlərinin siyasi və sosial iqtisadi inkişafında stabil proqresin problemlərinin həll edilməsi daxildir.

Şapira hesab edir ki, Yaxın Şərq problemi sammitin mövzusunu ikinci plana keçirib. 43 ölkə (yalnız Liviya iştirak etməyib) altı layihəni həyata keçirməyə qərara alıb. Bunlar Aralıq dənizinin ekologiyasının yaxşılaşdırılması, dəniz yolları, mülki müdafiə, günəş enerjisi, Avro-Orta Aralıq dənizi universiteti və kiçik və orta müəssisələrə yardımın göstərilməsi üzrə agentlik layihələridir.

"1948-ci ildən müharibə şəraitində olan iki ölkə nümayəndələri, İsrailin Baş naziri Ehud Olmert və Suriya prezidenti Bəşər Əsəd bir masa arxasında oturdular. Onlar bir-birindən çox uzaq olsalar da, bir-birinin əlini sıxmasalar da, bir masa arxasında oturdular. Bu, təsis edilməsi Grand Palais-də elan olunan Aralıq dənizi Birliyinin strukturu üçün ən vacib hadisədir", - Şapira bəyan edib.

Şapiranın fikrincə, Aralıq dənizi Birliyi sammiti Suriya və İsrailin eyni danışıq masası arxasında oturduğu regional səviyyəli yeganə sammit olub. "Bu, əməkdaşlıq etməyən ölkələri birləşdirə biləcək mexanizm istiqamətində düzgün atılmış addımdır. Suriya özünü şər oxu kimi apararaq, Livandakı siyasi prosesi pozub, "Həmas"- dəstəkləyir və İraqda amerikalılara qarşı edilən terrora dəstək göstərir. Onun tutduğu bu mövqe ya dəhşətli qarşıdurma ilə, ya da siyasi proseslə bitə bilər. Siyasi razılaşmaya imkan varsa, gərək bundan istifadə edək", - İsrail XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Diplomatın sözlərinə görə, İsrail Suriyanın terror mərkəzi və "Həmas", "İslami Cihad"ın mənzil qərargahları üçün sığınacaq olmaqdan əl çəkəcəyinə və bu dəyişikliklərin Livana da təsir edəcəyinə ümid edir.

İsrail diplomatının fikrincə, Parisdə İsrail Baş naziri Olmertlə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas arasında birbaşa danışıqların davam etdirilməsi, aravermənin daha bir əlamətidir. "Nikola Sarkozinin İsrail diplomatiyasının köməyi ilə Suriya prezidentini dəvət etməsi zamanı göstərdiyi riskin, gələcəkdə udmaq şansı var", - Şapira qeyd edib.

Aralıq dənizi Birliyinin yaradılması təşəbbüsünü keçən il Fransada prezident seçkiləri çərçivəsində seçkiqabağı kampaniya zamanı Sarkozi irəli sürüb. Cari il martın 13-də Aİ-nın payız sammitində Aralıq dənizi Birliyinin yaradılması üzrə prinsipial plan rəsmi surətdə qəbul olunub. Aralıq dənizi Birliyi 27 Aİ ölkəsini və Mavritaniya, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, İordaniya, İsrail, Suriya, Türkiyə, Albaniya, Xorvatiya, Bosniya və Hersoqovina, Çernoqoriya və Monako, Fələstin muxtariyyətinin daxil olduğu, 43 ölkəni birləşdirir.

Xəbər lenti

Xəbər lenti