Azərbaycan, Bakı, 31 oktyabr/ Trend , müxbir R.Novruzov/ Avropa Şurası Azərbaycana ölkənin seçki sisteminin seçimi qarşısında dövlətin demokratik sisteminin prioritetlərini müəyyənləşdirməyi tövsiyyə edir. "Ölkə əvvəlcə demokratik sistemin hansı meyarlara cavab verməli olduğunu müəyyənləşdirməli, sonra isə, bu sistemin seçicilərin istəklərini tam əks etdirməsinə çalışmalıdır", - Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov cümə günü telefonla Trend -a bildirib. "Bu iki sistemi müqayisə etsək, o zaman bu, mülk və mənzil arasında müqayisə ilə eynidir. Kimi mülkü, kimi də mənzili bəyənir. Lakin hər halda, ikisindən birinin olması artıq yaxşı haldır", - Kuznetsov bildirib. |
Son zamanlar Azərbaycanın həm hökumətyönlü, həm də müxalifət partiyaları ölkədə parlament və bələdiyyə seçkilərində proporsional seçki sisteminin bərpasından danışırlar. Onlar iddia edirlər ki, seçki sistemində hər iki sistemin olması ölkədə müxtəlif siyasi partiyaların inkişafına yardım edir. |
Kuznetsovun sözlərinə görə, çox şey seçilmiş sisteminin necə tətbiq ediləcəyindən asılıdır. Qanunun, öz növbəsində, vətəndaşların maraqlarını əks etdirən siyasi hərəkatları daha geniş əks etdirməsi vacibdir, - Kuznetsov bildirib.
"Bu sistemlərin hər birinin müsbət cəhətləri var. Məsələn, majoritar sistemin müsbət cəhəti ondan ibarətdir ki, seçici səs verdiyi insanları bilavasitə tanıyır. Proporsional sistemdə isə, müsbət məqam ondan ibarətdir ki, partiyalara parlamentdə daha çox yer əldə etmək imkanı verilir. İki eyni sistem yoxdur və hətta iki müxtəlif ölkədə qarışıq sistemlər çox güclü şəkildə fərqlənə bilər", - o bildirib. Onun sözlərinə görə, Venesiya Komissiyasının təcrübəsinə əsasən, hər üç seçki sistemi - majoritar, proporsional və qarışıq sistemlər seçicilərin iradəsini əks etdirmək iqtidarındadır. "Lakin hər şey sistemin vətəndaşların əksəriyyətinin rəyini əks etdirmək üçün hansı zəmanətləri nəzərdə tutumasından asılıdır", - o bildirib.
2002-ci ilədək Azərbaycanda qarışıq seçki sistemi fəaliyyət göstərib. Parlament seçkilərində həm majoritar, həm də proporsional sistemlər üzrə namizədlər irəli sürülürdü. 2002- ci ilin avqustunda referendum yolu ilə proporsional seçki sistemi ləğv edilib. Majoritar seçki sistemi - namizədliklərini irəli sürdükləri seçki dairəsi üzrə seçicilərin ən çox səsini toplamış namizədlərin seçilmiş hesab edildiyi seçki sistemidir. Majoritar sistemləri mütləq, nisbi və ixtisaslı əksəriyyətə görə fərqləndirirlər. Proporsional seçki sistemində nümayəndəlik orqanına öz namizədlərini irəli sürmüş partiyalar arasında mandatların bölünməsi onların topladıqları səs sayına müvafiq olaraq aparılır. Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected] |