...

Rəsmi Vaşinqton Ermənistan prezidentliyinə namizədə qarşı sui-qəsddən narahatdır

Siyasət Materials 2 Fevral 2013 11:25 (UTC +04:00)
Rəsmi Vaşinqton Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsddən narahatdır.
Rəsmi Vaşinqton Ermənistan prezidentliyinə namizədə qarşı sui-qəsddən narahatdır

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Rəsmi Vaşinqton Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsddən narahatdır. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland mətbuat konfransında bəyan edib.

"Biz şübhəsiz ki, Ermənistan prezidentliyinə namizədə qarşı zorakılığı pisləyirik. Bildiyimiz qədər, hazırda cənab Ayrikyanın vəziyyəti sabitdir və Ermənistan polisi insidenti tam şəkildə araşdıracağına söz verir", - Nuland bəyan edib.

Ermənistanda fevralın 18-ə planlaşdırılan prezident seçkilərinin tarixinin dəyişdirilməsinin mümkünlüyü barədə danışan Nuland qeyd edib ki, ABŞ seçkilərin Ermənistan Konstitusiyasına uyğun keçirilməsinə və bütün namizədlərin hüquq və azadlıqlarının tam təmin olunmasına tərəfdardır.

Qeyd edək ki, cümə axşamı Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib.

Fakt üzrə cinayət işi qaldırılıb və birgə operativ-istintaq qrupu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti