Azərbaycan, Bakı, 18 fevral /Trend/
Kardzor kəndindəki 29/24 saylı seçki məntəqəsində "İrs" partiyasının üzvü bülletenlərin qutuya kütləvi atılması faktını qeydə alıb.
Bu proses kənd administrasiyasının rəhbəri Araik Matinyan tərəfindən təşkil edilir. Trend-in məlumatına görə, bunu partiyanın mətbuat katibi Ovsep Xurşudyan "Armenia Today" saytına bildirib.
Bu seçki məntəqəsinin digər üzvləri insidenti qeydiyyata almaqdan imtina ediblər və bunu belə bir hadisəni görmədikləri ilə əsaslandırırlar.
Xurşudyan müşahidəçilərin artıq həmin məntəqəyə göndərildiklərini əlavə edib.