...

Sarkisyanın komissiya üzvləri müşahidəçilərə təzyiq göstərirlər

Siyasət Materials 18 Fevral 2013 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

"Europe in Law Association" müşahidəçi qrupunun üzvləri Ermənistan Prezidenti Serj Sarkisyanın komissiya üzvləri və etimad göstərdiyi şəxslər tərəfindən 17/3 saylı seçki məntəqəsində müşahidəçilərə təzyiq göstərdildiyi barədə məlumat verir.

Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, müşahidəçi Lena Nazaryan bildirib ki, Sarkisyanın etimad göstərdiyi şəxslər seçki məntəqəsinə gəlib-gedərək müşahidəçiləri təhqir edir və onların işinə mane olurlar.

Nazaryan əlavə edib ki, komissiya müşahidəçiləri məntəqədən çıxartmaq üçün səbəb axtarır.

"Ümid edirdik ki, beynəlxalq müşahidəçilər gələn zaman vəziyyət dəyişəcək, lakin onlar gəlib bir neçə dəqiqə qaldıqdan sonra çıxıb getdilər. Onların bu müddət ərzində nə başa düşdüyünü anlamırıq", - Nazaryan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti