Azərbaycan, Bakı, 18 fevral /Trend/
Ermənistan ombudsmanının ofisi bu gün keçirilən prezident seçkilərində səsvermə zamanı qanun pozuntuları ilə bağlı seçicilərdən zəngləri qəbul edir. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.
"Hazırda zəngləri qəbul etməyə davam edirik və daxil olan bütün məlumata saat 19:00-da yekun vuracağıq. Bir çox zənglər anonimdir və daxil olan məlumatları yoxlayırıq", - ombudsmanın mətbuat xidmətindən bildiriblər.
Əsas qanun pozuntuları seçici siyahıları ilə bağlıdır.