Azərbaycan, Bakı, 18 fevral /Trend/
Ermənistanın Qavar şəhərindən daxil olan məlumata görə, bazar günü Qavar meriyasında prezidentliyə namizəd Serj Sarkisyanın xeyrinə "seçki rüşvəti" paylanıb. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" yazır.
Rüşvətin məbləği 5000 dram təşkil edir. Bu zaman meriyaya baş çəkən və vəziyyətlə tanış olan Qavar sakinləri rüşvəti almaqdan ötrü nəhəng növbənin yarandığından danışırlar.
Axşamdan keçmiş isə şəhərin Atsarat məhəlləsində Qavar şəhərinin Ağsaqqallar Şurasının üzvləri və şəhər meri Qurgen Martorosyanın adamları evləri gəzərək 5 min dram məbləğində rüşvət təklif ediblər.