Azərbaycan, Bakı, 19 fevral /Trend/
ATƏT-in müşahidə missiyası hesab edir ki, bazar ertəsi Ermənistanda keçirilən prezident seçkilərində rəqabətlilik prinsipi tam təmin edilməmişdi. Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Frans Press"ə istinadən yazır.
Bazar ertəsi Ermənistanda keçirilən prezident seçkilərində Ermənistanın hazırkı Prezidenti Serj Sarkisyan 58,64 faiz səs toplayaraq yenidən dövlət başçısı seçilib. Raffi Ovannisyan 36,74, Qrant Baqratyan isə 2,15 faiz səs toplayıb.
Səsvermə prosesini 26 yerli və 12 beynəlxalq təşkilatın, habelə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, AŞ PA, MDB Parlamentlərarası Assambleyası və digər qurumların təqribən yeddi min nümayəndəsi müşahidə edib.