Azərbaycan, Bakı, 19 fevral /Trend/
"İrs" Partiyasının mətbuat katibi Ovsep Xurşudyan bəyan edib ki, prezident seçkilərinin nəticələri ilə bağlı mübahisə etmək üçün bu gün Mərkəzi Seçki Komissiyasına müraciət edəcəklər. Bu barədə Trend çərşənbə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.
Xurşudyan jurnalistlərlə söhbətində deyib ki, bəzi seçki məntəqələrində səslərin yenidən sayılmasını tələb edəcəklər.
"Raffi Ovannisyan siyasi addımlar barədə sonra məlumat verəcək. Düşünürəm ki, dünən seçkilərdə Ovannisyanın statusu dəyişib və o, prezidenti seçilib", - o qeyd edib.
"Biz ilkin yanaşma və bir sıra qeyri-dəqiqliklər görürük", - Xurşudyan beynəlxalq müşahidəçilərin rəyini şərh edərəkən deyib.