...

Ermənistanda seçkilər jurnalistlərə qarşı zorakılıq halları ilə müşayiət olunub

Siyasət Materials 21 Fevral 2013 14:31 (UTC +04:00)
Bir qrup jurnalist və Ermənistanın söz azadlığı müdafiəsi təşkilatının üzvləri birgə bəyanat yayaraq seçkiləri işıqlandıran jurnalistlərə qarşı zorakılıq hallarına görə hiddətlərini bildirib və hakimiyyətdən bu insidentlərin obyektiv və diqqətlə araşdırılması ilə bağlı dərhal tədbirlər görməyi və günahkarların məsuliyyətə cəlb edilməsini tələb ediblər.
Ermənistanda seçkilər jurnalistlərə qarşı zorakılıq halları ilə müşayiət olunub

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bir qrup jurnalist və Ermənistanın söz azadlığı müdafiəsi təşkilatının üzvləri birgə bəyanat yayaraq seçkiləri işıqlandıran jurnalistlərə qarşı zorakılıq hallarına görə hiddətlərini bildirib və hakimiyyətdən bu insidentlərin obyektiv və diqqətlə araşdırılması ilə bağlı dərhal tədbirlər görməyi və günahkarların məsuliyyətə cəlb edilməsini tələb ediblər. Bu barədə Trend cümə axşamı "Armenia Today"ə istinadən məlumat verir.

"17/05 seçki məntəqəsini müdafiə edən bir qrup gənc Artak Ambarsumyanın əlindən tutaraq ona videoçəkiliş aparmağa imkan verməyiblər. Bu zaman digər şəxlər bülletenləri seçki qutusuna salıblar. Digər tərəfdən, Serj Sarkisyanın seçkiqabağı mənzil-qərargahının qarşısında dayanan bir qrup insan "Qraparak" qəzetinin jurnalisti Qayan Saribekyanın qərargaha daxil olmasına imkan verməyib. Jurnalist fəaliyyətinə qarşı digər zorakılıq halları da qeydə alınıb", - bəyanatda deyilir.

Onların sözlərinə görə, bu faktlar bir daha göstərir ki, gərgin siyasi vəziyyətlərdə KİV-ə qarşı zorakılıq və təzyiq halları artır.

"Hüquq-mühafizə orqanları isə günahkarları tapıb cəzalandırmaq əvəzinə işin bağlanması üçün müxtəlif bəhanələr gətirir", - bəyanatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti