...

Ermənistan polisi seçki pozuntuları ilə bağlı halları araşdırır

Siyasət Materials 23 Fevral 2013 13:57 (UTC +04:00)
Ermənistanda keçirilmiş prezident seçkilərində səsvermə günü seçki pozuntuları ilə bağlı 104 hal müzakirə prosesindədir. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Armenian Report" Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Ermənistan polisi seçki pozuntuları ilə bağlı halları araşdırır

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Ermənistanda keçirilmiş prezident seçkilərində səsvermə günü seçki pozuntuları ilə bağlı 104 hal müzakirə prosesindədir. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Armenian Report" Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Onlardan 37-si "seçki rüşvətləri"nin paylanması, 20-si dəfələrlə və digər seçicinin yerinə səsvermə, 14-ü vətəndaşın sərbəst səs verməsinə maneə, 12-si namizədin müvəkkili, müşahidəçi, KİV nümayəndəsi və partiyanın müvəkkilinin səlahiyyətini yerinə yetirməyə maneə, 10-u gizli səsvermənin pozulması, 5-i seçkilərin və ya səsvermənin nəticələrinin saxtalaşdırılması, 1-i təşviqatın aparılması və 5-i digər qanun pozuntuları ilə bağlıdır.

Sadalanan qanun pozuntularından 4-ü üzrə cinayət işi qaldırılıb və ilkin istintaq işləri aparılır.

104 haldan 41-i Yerevanda, 63-ü isə bölgələrdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti