Azərbaycan, Bakı, 25 fevral /Trend/
Ermənistan parlamentinin spikeri Ovik Abramyan müxalifətin fevralın 18-də prezident seçkilərinin yekunları üzrə açıq müzakirənin keçirilməsi barədə təklifini qəbul edib. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.
Bunu Abramyan müxalif Ermənistan Milli Konqresi parlament fraksiyasından deputat Nikola Paşinyanın MSK-nın bütün üzvlərinin parlamentə dəvət edilməsi və prezident seçkilərinin açıq müzakirəsinin təşkil edilməsinə dair təklifinə cavab olaraq bildirib.
Abramyan əlavə edib ki, müzakirələr MSK-nin rəsmi məlumatları elan etməsindən sonra təşkil olunacaq.