...

Ermənistan parlament fraksiyası: Seçkilərin nəticələri həqiqəti əks etdirmir

Siyasət Materials 25 Fevral 2013 13:47 (UTC +04:00)
Ermənistan Milli Konqresinin parlament fraksiyası bu gün bəyan edib ki, prezident seçkilərinin elan edilən nəticələri həqiqətəuyğun deyil.
Ermənistan parlament fraksiyası: Seçkilərin nəticələri həqiqəti əks etdirmir

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Ermənistan Milli Konqresinin parlament fraksiyası bu gün bəyan edib ki, prezident seçkilərinin elan edilən nəticələri həqiqətəuyğun deyil.

Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, yayılan bəyanatda qeyd olunur ki, hakimiyyət seçkilər zamanı nəticələri saxtalaşdırmaq üçün bütün potensialından istifadə edib.

"Hazırda xalqın yalnız bir əsas vəzifəsi var - ölkədə konstitusiya quruluşunu bərpa etmək və rejim tərəfindən səslərin mənimsənilməsinə imkan verməmək", - bəyanatda deyilir.

Parlament fraksiyası bu gün keçirilən Milli Yığıncağın iclasında xalqa dəstək məqsədilə iştirak etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti