Azərbaycan, Bakı, 25 fevral /Trend/
Hazırda vətəndaş cəmiyyəti fəallarından ibarət qrup Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında toplaşıb.
Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bir müddət sonra MSK fevralın 18-də keçirilmiş prezident seçkilərində səsvermənin nəticələrinə yekun vuracaq və bununla bağlı qərar qəbul edəcək.
MSK binası qarşısında toplaşanlar aşağıdakı çağırışlarla çıxış edirlər: "Cinayətin - seçki saxtakarlığının ən yüksək səviyyəsi" , "Mərkəzi seçki rəsm qalereyası", "MSK və ATƏT kriminal-oliqarx rejimi, saxta seçkiləri tanımamalıdır", "Siz - boş yersiniz" və s.
Aksiya iştirakçılarının sayı artır.