Azərbaycan, Bakı, 15 mart /Trend/
Martın 14-nə qədər Ermənistan Baş Prokurorluğuna seçkiqabağı kampaniya və prezident seçkilərinin keçirildiyi müddətdə baş vermiş pozuntularla bağlı 252 müraciət daxil olub. Bu barədə Trend "Armenia Today"ə istinadən xəbər verir.
KİV-in monitorinqi nəticəsində Baş Prokurorluq 189 müraciətə reaksiya verib.
Daxil olan 252 müraciətdən 13-ü aydınlaşdırılıb, 13-ü barədə cinayət işinin qaldırılması haqqında qərar qəbul edilib. İddia olunan 223 məsələ barəsində isə cinayət işinin qaldırılmasından imtina olunub. Hazırda isə daha 3 məsələyə baxılır.
Qeyd edək ki, Ermənistan baş prokurorunun əmri ilə 14 yanvar 2013-cü ildə seçki prosesində qeydə alınan pozuntuların müzakirəsi zamanı prokurorluq nəzarətinin effektivliyini artırmaq və vahid təcrübənin təmin olunması məqsədilə xüsusi işçi qrup yaradılmışdı.