...

İran və Ermənistan arasında şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 5 Aprel 2013 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Bu gün Ermənistanın şəhərsalma naziri Samvel Tatevisyan və İranın bu ölkədəki səfiri Məhəmməd Rəisinin görüşü zamanı Ermənistan və İran arasında şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə Trend "Armenia Today"-ə istinadən məlumat verir.

Görüşdə zəlzələyədavamlı tikintinin layihələndirilməsi, binaların bərpa olunması, elmi seminarların keçirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin bu sahədə rəhbər şəxslərin və mütəxəssislərin səfərinin təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti