...

Azərbaycanla İran arasında gənclər və idman sahələrində gələcək perspektivlər müzakirə olunacaq

Siyasət Materials 9 İyul 2013 23:56 (UTC +04:00)
İran İslam Respublikasının gənclər və idman naziri Məhəmməd Abbasi iyulun 9-da Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycanla İran arasında gənclər və idman sahələrində gələcək perspektivlər müzakirə olunacaq

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İran İslam Respublikasının gənclər və idman naziri Məhəmməd Abbasi iyulun 9-da Azərbaycana rəsmi səfərə gəlib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyəti iyulun 10-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, sonra Şəhidlər xiyabanını ziyarət edəcək.

M.Abbasinin rəhbərlik etdiyi nümayəndə heyətinin gənclər və idman naziri Azad Rəhimovla görüşü zamanı "İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nun müddəalarının həyata keçirilməsi, 2013-2014-cü illər üçün İcraiyyə Planının hazırlanması, Azərbaycanla İran arasında gənclər və idman sahələrindəki indiki vəziyyət və gələcək perspektivlər müzakirə olunacaq.

İran nümayəndə heyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında və Gənclər Təşkilatları Milli Şurasında görüşlər keçirəcək. Proqrama uyğun olaraq nümayəndə heyəti 2015-ci il Avropa Oyunları Atletlər kəndi ilə tanış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti