...

ABŞ Ukraynaya yalnız islahatlardan sonra kömək etməyə hazırdır

Siyasət Materials 7 Fevral 2014 16:10 (UTC +04:00)
ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə hazırdır, lakin bu, yalnız həmin ölkədə islahatların keçirilməsindən sonra mümkündür.
ABŞ Ukraynaya yalnız islahatlardan sonra kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 7 fevral /Trend/

ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə hazırdır, lakin bu, yalnız həmin ölkədə islahatların keçirilməsindən sonra mümkündür. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Kiyevdə keçirilən brifinqdə ABŞ dövlət katibinin Avropa və Rusiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

Diplomat qeyd edib ki, ABŞ Ukraynaya kömək etməyə hazırdır: "Amma heç kim - nə ABŞ, nə də Beynəlxalq Valyuta Fondu islahatlar olmadan [Ukraynada] iqtisadi yardım göstərməyə hazırlaşmır".

Xatırladaq ki, bazar ertəsi "Wall Street Journal" qəzeti Brüsseldə və Vaşinqtondakı rəsmi şəxslərə istinadən məlumat vermişdi ki, Aİ və ABŞ Ukraynaya qısamüddətli maliyyə yardımı zərfi üzərində işləyirlər. Yardımın göstərilməsi üçün əsas şərt iqtisadi və siyasi islahatların aparılması olacaq. Elə həmin gün ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki jurnalistlərə bəyan edib ki, Ukraynaya iqtisadi yardım haqqında qərar yalnız ölkədə hökumətin formalaşmasından sonra mümkündür. Daha sonra o, əlavə edib ki, maliyyə yardımının həcmi barədə danışmaq hələ tezdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti