...

Azərbaycanı belə cəlbedici tərəfdaş edən nədir?

Siyasət Materials 17 Fevral 2015 21:30 (UTC +04:00)
ABŞ-ın son vaxtlar Azərbaycana göstərdiyi təzyiqlərə baxmayaraq, Vaşinqton regionda daha yaxşı müttəfiq tapa bilməz.
Azərbaycanı belə cəlbedici tərəfdaş edən nədir?

Rus xəbərlər xidmətinin rəhbəri

Seymur Əliyev - Trend:

ABŞ-ın son vaxtlar Azərbaycana göstərdiyi təzyiqlərə baxmayaraq, Vaşinqton regionda daha yaxşı müttəfiq tapa bilməz. Bunu ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Bakıya səfəri təsdiq edir.

"Qamçı və pryanik" metodu ABŞ-ın xarici siyasətində daha çox seviləndir, lakin bu metod Azərbaycanın nümunəsində olduğu kimi işləmirsə, Vaşinqton razılığa gəlməyə üstünlük verir.

Düşünmək olardı ki, ATƏT-in Minsk qrupunun üzv ölkəsinin nümayəndəsindən Ermənistanın Azərbaycana münasibətdə işğalçı siyasəti haqqında hər hansı dəqiq bəyanat gözləməyə dəyməz. Lakin Nuland sözün yaxşı mənasında təəccübləndirərək bəyan etdi ki, Ermənistanda saxlanılan azərbaycanlı girovları qaytarmaq lazımdır.

Deyəsən, son hadisələr dünya ictimaiyyətinə xatırlatdı ki, girovları terrorçular saxlayırlar. Görünür, ABŞ girovların azadlığını tələb etməklə Ermənistana xatırlatmaq istəyir ki, Vaşinqtonın özü terrorçularla danışıqlar aparmır, onları məhv edir və Yerevanı bundan qorumaq istəyir.

Bu regionda ABŞ və Avropa üçün Azərbaycanın siyasi, iqtisadi əhəmiyyətini qiymətləndirməmək olmaz. Hazırda ABŞ-ın əzəli düşmənləri olan Rusiya və İran arasında yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin açarı və qapısıdır ki, onun vasitəsilə Mərkəzi Asiya qazı Avropa ölkələrinin bazarlarına çata bilər.

Bəs bütün oyunçular üçün Azərbaycanı belə cəlbedici edən nədir? İri enerji layihələrinin reallaşdırılması ölkəyə regionda heç bir qüvvədən asılı olmayan müstəqil siyasət yürütmək imkanı verir. Karbohidrogenlərin tədarük marşrutlarının şaxələndirilməsi (Gürcüstan, Türkiyə və Rusiya ərazisi ilə) ölkəni hər hansı istiqamətdən asılı etmir ki, bu da Bakıya təzyiq perspektivlərini azaldır.

Regionun digər ölkələrindən fərqli olaraq, məhz müstəqil siyasət yürütmək imkanı Azərbaycanı bütün oyunçular üçün daha cəlbedici tərəfdaş edir. Hazırda Ermənistan siyasi və iqtisadi cəhətdən Rusiyadan tam asılıdır, öz növbəsində, Gürcüstan Moskva ilə münaqişə vəziyyətindədir və Qərb istiqamətində hərəkət edir.

Bununla da yalnız Azərbaycan hazırda regionun bütün əsas oyunçuları üçün eyni əhəmiyyətə malik tərəfdaş ola bilər. Lakin artıq bunu da başa düşmək lazımdır ki, Bakı yalnız öz maraqlarını nəzərə almaqla, öz siyasət və iqtisadiyyatına zərər vermədən tərəfdaş olacaq. İnanmaq istərdik ki, ABŞ artıq bunu dərk etməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti