...

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüşüb

Siyasət Materials 13 May 2015 18:39 (UTC +04:00)
Həmçinin ABŞ tərəfinin xahişi ilə nazir E.Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüşüb

Azərbaycan, Bakı, 13 may /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Didye Reynders, Norveçin xarici işlər naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Xorvatiyanın Baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusiç ilə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb.

Həmçinin ABŞ tərəfinin xahişi ilə nazir E.Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti