...

Əli Həsənov : Biz Kristofer Smitin qanun layihəsini bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 Dekabr 2015 16:08 (UTC +04:00)
Biz Kristofer Smitin qanun layihəsini bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk.
Əli Həsənov : Biz Kristofer Smitin qanun layihəsini bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

Biz Kristofer Smitin qanun layihəsini bir konqresmenin təşəbbüsü kimi qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə deyib.

Ə.Həsənov qeyd edib ki, K.Smitin antiazərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur: "Düşünürük ki, ABŞ-ın maraqlarını, Azərbaycanla münasibətlərinin, tərəfdaşlığının əhəmiyyətini dəyərləndirən konqresmenlər bu layihəyə səs verməyəcək. O təşəbbüs K.Smitin təşəbbüsü olaraq da qalacaq".

x x x

Ə.Həsənov deyib ki, Azərbaycan tərəfindən təqdim olunan layihəyə də bizim münasibətimiz ABŞ-dakı bir konqresmenin təşəbbüsü kimidir: "Yəni, hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi ümumi müzakirələrdən sonra olmalıdır və deputatlar bu təşəbbüslərin iki dövlətə verə biləcəyi xeyri, vura biləcəyi ziyanı dəyərləndirməlidirlər. Bundan sonra münasibət bildirməlidirlər. Ona görə də istər ABŞ-dakı antiazərbaycan aksiyasına, istər Azərbaycandakı antiamerikan layihəsinə bizim hakimiyyətin münasibəti eynidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti