...

Azərbaycan Yaponiya şirkətlərini Xəzər qazı ilə bağlı təşəbbüsə qoşulmağa çağırıb

Siyasət Materials 14 Mart 2016 14:59 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini təbii qazın Xəzər dənizindən Avropaya nəqli təşəbbüsünə qoşulmağa dəvət edib.
Azərbaycan Yaponiya şirkətlərini Xəzər qazı ilə bağlı təşəbbüsə qoşulmağa çağırıb

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini təbii qazın Xəzər dənizindən Avropaya nəqli təşəbbüsünə qoşulmağa dəvət edib.

Trend AZƏRTAC-a istinadən məlumat verir ki, Yaponiyanın nüfuzlu Jiji Press informasiya agentliyinə verdiyi məxsusi müsahibəsində Əli Həsənov bildirib ki, Azərbaycan yapon şirkətlərinin Xəzər dənizindəki fəaliyyətlərini artıracağına ümid edir. Hazırda Azərbaycan Avropa İttifaqı (Aİ) ilə birgə "Cənub Qaz Dəhlizi" təşəbbüsünü inkişaf etdirir.

Yapon və ingilis dillərində yayımlanan müsahibədə qeyd edilir ki, Avropa İttifaqı qaz təchizatı şəbəkəsinin şaxələndirilməsində maraqlıdır. Fevralın sonlarında Azərbaycana səfəri zamanı Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerini vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" layihəsi Aİ-nin enerji mənbələrini şaxələndirmək strategiyasında mühüm rol oynayacaq. Bu layihənin həyata keçirilməsi nəticəsində 2006-cı ildə istifadəyə verilən "Şahdəniz" yatağından hasil olunan təbii qaz boru xətti vasitəsilə Avropaya ötürüləcək. Boru xəttinin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Həmin marşrut ilə təbii qazın Xəzər dənizindən Türkiyəyə nəqlinə artıq başlanılıb.

Əli Həsənov yapon şirkətlərinin "Şahdəniz" yatağına daha çox sərmayə qoyacağına və buradakı fəaliyyətlərini genişləndirəcəklərinə ümid etdiyini bildirib.

Müsahibədə xüsusi vurğulanır ki, keçmiş SSRİ respublikalarından biri olan Azərbaycan Avropa ilə əməkdaşlığı xeyli genişləndirib. Avropa Olimpiya Komitələrinin qərarı ilə ötən il Bakıda keçirilən multiidman tədbiri - birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunub.

Əli Həsənov bildirib ki, regiondakı enerji sabitliyini və təhlükəsizliyi qorumağa dəstək verən Azərbaycan artıq uzun müddətdir Aİ ilə əməkdaşlıq edir. Azərbaycan, eyni zamanda, Xəzər dənizinin ehtiyatlarından istifadə zamanı Rusiya və İranla da əməkdaşlıq edəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti