...

Prezident İlham Əliyev: Azərbaycan KİV azadlığını, eləcə də bütün digər əsas azadlıqları təmin edə bilib

Siyasət Materials 16 Noyabr 2016 12:06 (UTC +04:00)
Azərbaycan kütləvi informasiya vasitələrinin azadlığını, eləcə də bütün digər əsas azadlıqları təmin edə bilib.
Prezident İlham Əliyev: Azərbaycan KİV azadlığını, eləcə də bütün digər əsas azadlıqları təmin edə bilib

Bakı. Trend:

Azərbaycan kütləvi informasiya vasitələrinin azadlığını, eləcə də bütün digər əsas azadlıqları təmin edə bilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.

Prezident İlham Əliyev qeyd edib: “Hesab edirik ki, Azərbaycanda bu cür tədbirin keçirilməsi də Azərbaycanın müstəqil kütləvi informasiya vasitələrinin inkişafı sahəsində fəaliyyətinə və uğurlarına verilən qiyməti göstərir. Bu, hökumətimizin əsas prioritetlərindən biridir”.

Azərbaycan Prezidenti bildirib ki, ölkənin müstəqillik əldə etdiyi 25 il ərzində əldə olunan uğurlar Azərbaycanda kütləvi informasiya vasitələrinin azadlığının, eləcə də bütün digər əsas azadlıqların təmin edildiyini göstərir.

Dövlət başçısı deyib ki, bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet nəşr olunur, 10 milli, bir peyk, 13 regional və 17 kabel telekanalı faəliyyət göstərir.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan tam müstəqil internetə sahib ölkədir və əhalinin 75 faizdən çoxu internet istifadəçisidir: “Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır və onlardan iki milyonu sosial media istifadəçisidir. Beləliklə, bu rəqəmlər göstərir ki, Azərbaycanda azad KİV-in inkişafı çox uğurlu olub, biz məqsədimizə çatmışıq və 25 il ərzində siyasi və iqtisadi islahatlarla yanaşı, demokratik inkişaf sahəsində islahatlar da aparılıb”.

Dövlət başçısı xatırladıb ki, ötən ay Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi: “Məhz bərpa. Çünki Azərbaycanda ilk demokratik respublika təqribən 100 il əvvəl – 1918-ci ildə qurulub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti