...

Mikloş Haraşti: Mühüm məsələlərin müzakirəsi üçün Dünya Xəbər Agentliklərinin V Konqresi çox faydalıdır (FOTO)

Siyasət Materials 17 Noyabr 2016 10:54 (UTC +04:00)
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya xəbər agentliklərinin bir-birini daha yaxından tanıması üçün yaxşı bir imkandır.
Mikloş Haraşti: Mühüm məsələlərin müzakirəsi üçün Dünya Xəbər Agentliklərinin V Konqresi çox faydalıdır (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası dünya xəbər agentliklərinin bir-birini daha yaxından tanıması üçün yaxşı bir imkandır.

Bunu Trend-ə ATƏT-in KİV azadlığı üzrə sabiq nümayəndəsi Mikloş Haraşti deyib.

O qeyd edib ki, dünyada media azadlıqlarının, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bir çox işlər görülməlidir: “Bu və ya digər mühüm məsələlərin müzakirəsi üçün Bakıda keçirilən bu tədbir çox faydalıdır”.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti