...

IRNA: Dünya Xəbər Agentliklərinin V Konqresi mətbuatın inkişafında yeni yollar tapmağa imkan verəcək (FOTO)

Siyasət Materials 17 Noyabr 2016 13:29 (UTC +04:00)
Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi kütləvi informasiya vasitələri nümayəndələrinin bir-birini tanımasına imkan verir
IRNA: Dünya Xəbər Agentliklərinin V Konqresi mətbuatın inkişafında yeni yollar tapmağa imkan verəcək (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi kütləvi informasiya vasitələri nümayəndələrinin bir-birini tanımasına imkan verir. Bu sözləri bu gün Trend-ə İranın IRNA informasiya agentliyinin icraçı direktoru Məhəmməd Xodadi deyib.

O qeyd edib ki, adətən biz həmkarlarımızla ünsiyyət qurmuruq:

"Biz evdə oturub ətrafda baş verənlərdən xəbəri olmayan insanlara oxşayırıq. Yeni imkanlardan istifadə etmək və çağırışlarla üzləşə bilmək üçün əməkdaşlığı artırmalıyıq. Fikrimcə, Bakıdakı Konqres mətbuatın gələcək inkişafı üçün yeni yollar tapmağa imkan verəcək”.

O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi mətbuatın yeni simasını yaratmağa imkan verir.

M.Xodadi deyib: “Jurnalistikanın peşəkarlığını artırmaq, eləcə də jurnalistlərin bacarıq səviyyəsini yüksəltmək lazımdır. Eyni zamanda, təqdim olunan informasiyanın həcmini genişləndirmək lazımdır. Bu sualları müzakirə etmək üçün imkan yaratdığına görə Azərbaycana minnətdarlığımı bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti