...

“Lusa” prezidenti: Bakıda əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir(FOTO)

Siyasət Materials 17 Noyabr 2016 13:36 (UTC +04:00)
Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir.
“Lusa” prezidenti: Bakıda əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir(FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında əldə edilən təcrübə dünya mediası üçün vacib əhəmiyyət kəsb edir. Bunu Trend-ə Portuqaliyanın “Lusa” xəbər agentliyinin prezidenti Teresa Marques deyib.

Dünya Xəbər Agentlikləri Konqresində birinci dəfə iştirak etdiyini deyən T.Marques yeni təcrübə qazandığını bildirib: “Əlbəttə, bu çox yaxşı haldır. Biz hamımız eyni sahədə fəaliyyət göstəririk və bu cür tədbirlər vasitəsilə bir-birimizi daha yaxından tanıyırıq, qarşımızda duran vacib çağırışlarla bağlı müzakirələr aparırırq və onların həlli yollarını araşdırırıq”.

O, tədbirin ev sahibi olan Azərbaycan üçün əhəmiyyətini də qeyd edib: “Dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin gəlib ölkəni tanıması əlbəttə ki, çox yaxşı haldır. Elə mən də birinci dəfədir Bakıya gəlirəm və şəhəri çox bəyəndim, çox gözəl şəhəriniz var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti