...

Ukrinfo: Bakıdakı Konqres peşəkarlılıq cəhətdən çox böyük təcrübədir(FOTO)

Siyasət Materials 17 Noyabr 2016 15:15 (UTC +04:00)
Dünya Xəbər Agentliklərinin V Konqresi peşəkarlılıq cəhətdən çox məlumat verir, bu çox böyük təcrübədir.
Ukrinfo: Bakıdakı Konqres peşəkarlılıq cəhətdən çox böyük təcrübədir(FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Dünya Xəbər Agentliklərinin V Konqresi peşəkarlılıq cəhətdən çox məlumat verir, bu çox böyük təcrübədir. Bu sözləri bu gün Trend-ə Ukrayna Milli İnformasiya Agentliyinin baş direktoru Aleksandr Xarçenko deyib.

O bildirib ki, burada mətbuat nəhənglərinin inkişafının sirlərini başa düşmək, onların iş üslubu və texnologiyaları ilə tanışmaq olar:

"Çox qısa müddət ərzində bu qədər böyük təcrübə qazanmaq yalnız belə tədbirlər zamanı mümkün ola bilər”.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti