...

TASS: Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir (FOTO)

Siyasət Materials 17 Noyabr 2016 15:59 (UTC +04:00)
Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir
TASS: Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Dünya Xəbər Agentliklərinin V Konqresi çox vacib tədbirdir. Bu sözləri bu gün Trend-ə Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov deyib.

O qeyd edib ki, yüzə yaxın xəbər agentliklərinin bir yerdə toplanması bu sahədə olan problemlərin müzakirəsinə, təcrübə mübadiləsinə, yeni imkanların və texnologiyaların müzakirə olunmasına imkan verir.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti