...

Qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizi aşağı salına bilər

Siyasət Materials 8 Noyabr 2018 12:06 (UTC +04:00)
Bu gün Azərbaycanda bir milyondan çox qeyri-leqal fəaliyyətlə məşğul olan şəxs var və həmin insanların sığortaya cəlb olunması gözlənilir.
Qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizi aşağı salına bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanda bir milyondan çox qeyri-leqal fəaliyyətlə məşğul olan şəxs var və həmin insanların sığortaya cəlb olunması gözlənilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizinin aşağı salınması gözlənilir. H.Rəcəblinin sözlərinə görə, vergi tətbiqolunmasında, sığortaların alınmasında köklü islahatların aparılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti