Bakı. Elçin Mehdiyev – Trend:
Şikayətçi şikayəti göndərəndən sonra əlinə hansısa material keçərsə, bunu MSK-nə təqdim edə bilər.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyb.
M. Pənahov bildirib ki, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır:
“Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bunu bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək”