...

Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm - Fərid Qayıbov

Siyasət Materials 8 Sentyabr 2021 09:51 (UTC +04:00)
Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm - Fərid Qayıbov

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm.

Trend-in məlumatına görə, bunu yeni təyin edilən gənclər və idman naziri Fərid Qayıbov bu gün nazirliyin kollektivinə təqdim edilərkən deyib.

Yeni nazir qeyd edib ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirməli, çətinlikləri aradan qaldırmalıyıq:

"Azərbaycanda idman sahəsində uğurlu nəticələr var. Mən bu nəticələrlə kifayətlənməyəcəyəm, Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm”.

F.Qayıbov ona göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Cənab Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib. Bu çox məsuliyyətli bir vəzifədir. İnanıram ki, bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaracağam”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti