...

Vətənpərvərlik Azərbaycanda gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Siyasət Materials 4 Fevral 2022 20:08 (UTC +04:00)
Vətənpərvərlik Azərbaycanda gənclər siyasətinin əsas istiqamətlərindən biridir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda gənclərin vətənpərvər ruhda yetişdirilməsi gənclər siyasətinin əsas və vacib istiqamətlərindən birini təşkil edir. Gənclərimizin vətənə, milli-mənəvi dəyərlərə bağlı yetirşdirilməsi daim diqqət mərkəzində saxlanılıb.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüeseynova vurğulayıb ki, gənclərin vətənpərvər ruhda yetişdirilməsi dövlətimizin bu günün və gələcəyi üçün olduqca vacib əhəmiyyət kəsb edən bir məsələdir.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” deyimi gənclərə verilən önəmin göstərici idi.

“Heydər Əliyevin hakimiyyəti dövründə dövlət siyasətində gənclərə xüsusi önəm verilib. Baxmayarq ki, o illər çətin və keçməkeçli dövr idi, 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra gənclər siyasəti dövlət siyasətinin əsas priroritetlərindən birinə çevrildi, qısa bir zaman ərazidə gənclər siyasətinin hüquqi və maddi-texniki bazası yaradıldı, gənclərin təşkilatlanması istiqamətində mühüm işlər görüldü, 1996-cı ildə gənclərin 1-ci forumu keçirildi”, - deyə deputat bildirib.

O vurğulayıb ki, gənclərin vətənpərvər ruhda yetişdirilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətində vətənpərvərliyə xüsusi diqqət yetirilib.

“Məhz bunun nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçdilər, ölümü gözə alaraq döyüşlərə alıtdılar və ərazi bütövlüyümüz təmin edildi”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Bu gün Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsidir. Ölkəmizdə gəncliyin inkişafı üçün sistemli olaraq tədbirlər görülür, o cümlədən qanunvericilik aktları təkmilləşdirilir. Gənclərə diqqət və qayğının məntiqi nəticəsi idi ki, “Gənclər siyasəti haqqında” qanun qəbul edilib və qanunda gənclərə hərtərəfli dəstək əksini tapıb.

Sənəddə gənclər siyasətinin məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənc ailələrə, gənclər təşkilatlarına dövlət yardımı, gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı ilə bağlı maddələrə bir sıra vacib əlavələr edilib. Eyni zamanda, aztəminatlı gənc ailələrin sosial müdafiəsi, onların mənzil təminatının yaxşılaşdırılması və bu məqsədlə güzəştlərin tətbiq olunması, gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələləri qanunda əks olunub”, - deyə deputat bildirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-in sualına cavab olaraq bildirib ki, ölkəmiz dünya miqyasında gənclər siyasətinə önəm verən nadir ölkələrdən biridir.

“Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk yaratdığı nazirlik Gənclər və İdman Nazirliyi oldu. Bu, o deməkdir ki, milli liderimiz bu siyasətə, Azərbaycan gənclərinə, gənclərin təşkilatlanmasına, inkişafına, təhsilinə hərtərəfli inkişafına önəm verirdi. Gənclər forumlarının keçirilməsi prezidentin həmin forumlarda yaxından iştirak etməsi, gənclərə tövsiyələr verməsi gənclərin diqqət mərkəzində olmasını göstərirdi.

Təsadüfi deyil ki, bizdən bir neçə il sonra BMT beynəlxalq gənclər gününü təsis etdi. Bu, onu deməyə əsas verir ki, bu sahə ölkəmizin strateji sahəsidir və cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, 2007-ci il "Gənclər ili" elan edilməsi, Prezidentin gənclərimizlə mütəmadi görüşləri, onlara tövsiyələri bütün bunlara bariz nümunədir.

Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş forumda Prezidentin nitqi və gənclərin suallarına cavabı gənclərimiz üçün gələcəyə yol xəritəsi kimi dəyərləndirilməlidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti