...

Azərbaycan-Türkiyə-İran üçtərəfli iclası keçiriləcək

Siyasət Materials 25 Aprel 2022 12:56 (UTC +04:00)
Azərbaycan-Türkiyə-İran üçtərəfli iclası keçiriləcək

Bakı. Trend:

İran Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə üçtərəfli iclasa ev sahibliyi edəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar işlər həyata keçirilir.

O əlavə edib ki, son 10 ay ərzində İran və Azərbaycan arasında bir çox birgə layihələr müəyyənləşib. Müxtəlif səviyyələrdə səfərlər həyata keçirilib.

Nazirlik rəsmisi qeyd edib ki, İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfərinin Azərbaycana bugünkü səfəri də birgə layihələrlə bağlıdır:

"Bu səfərlər təkcə Xarici İşlər Nazirliyi ilə məhdudlaşmır, digər nazirliklər tərəfindən də həyata keçirilir", - S.Xətibzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti