...

Təkcə qanunlar deyil, həm də media qurumları əlverişli media mühitinin təminatçılarıdır - Əhməd İsmayılov

Siyasət Materials 26 Aprel 2022 17:02 (UTC +04:00)
Təkcə qanunlar deyil, həm də media qurumları əlverişli media mühitinin təminatçılarıdır - Əhməd İsmayılov

Bakı. Trend:

Azərbaycanda "Media haqqında" qanunun qəbul edilməsinin ilkin məqsədi informasiya səviyyəsinin artırılması, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır.

Trend-in məlumatına görə, bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çərəşənbə günü “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, təkcə qanunlar deyil, həm də media qurumları əlverişli media mühitinin təminatçılarıdır.

"Kütləvi informasiya vasitələri ifadə azadlığını media qanun və qaydaları əsasında həyata keçirir", - deyə o əlavə edib.

Dünyada informasiya və media azadlığını, müəlliflik hüquqlarını, ictimai maraqları qorumaq üçün qurumlar mövcuddur. Azərbaycanda "Media haqqında" qanunun qəbul edilməsinin əsas məqsədləri informasiya səviyyəsinin artırılması, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır”, - deyə Ə.İsmayılov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti