...

Media-etikanın kodeksinin pozulması ilə bağlı ciddi problemlər var - Müşfiq Ələsgərli

Siyasət Materials 22 İyul 2022 22:04 (UTC +04:00)
Media-etikanın kodeksinin pozulması ilə bağlı ciddi problemlər var - Müşfiq Ələsgərli
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Media-etikanın kodeksinin pozulması ilə bağlı ciddi problemlər var.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

"Təbii ki, heç bir ölkə məzmuna nəzarətlə bağlı qanun qəbul edə bilmir. Bəzi dövlətlərdə oxşar qanunlar olsa da, onlar çox vaxt mənfi qarşılanır. "Feyk xəbərlər" tendensiyanın qarşısını almaq üçün media-kodeksini yeniləmək, qanunvericiliyi tənzimləmək lazımdır”, - deyə M.Ələsgərli bildirib.

O bildirib ki, müxtəlif təşəbbüslər irəli sürülür, məsələn, sosial şəbəkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitəsinin vergiyə cəlb edilməsi və peşə bacarıqlarının artırılmasına yönəlmiş digər tədbirlər.

Onun sözlərinə görə, rəqəmsallaşmanın müsbət olduğu qədər mənfi nəticələri də olub. Təsdiqlənməmiş xəbərlərin sayının artması böyük problemdir, çünki statistikaya görə, “feyk xəbərlər” daha çox diqqəti cəlb edir.

Ekspert əlavə edib ki, peşəkar etikanın təkmilləşdirilməsi istiqamətində kadrlarla işin nəticəsi peşəkarlıqla hazırlanmış materialların sayının artması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti