...

Azərbaycan Qarabağ müharibəsində informasiya cəbhəsində də qalib gəldi - Dilşod Saidjonov

Siyasət Materials 22 İyul 2022 22:27 (UTC +04:00)
Azərbaycan Qarabağ müharibəsində informasiya cəbhəsində də qalib gəldi - Dilşod Saidjonov

Şuşa. Trend:

Azərbaycan Qarabağ müharibəsində informasiya cəbhəsində də qalib gəldi.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kommunikasiyalar Agentliyinin direktorunun birinci müavini Dilşod Saidjonov deyib.

"İkinci Qarabağ müharibəsi zamanı ictimaiyyətin bu hadisələrə təbii marağı var idi. Özbəkistan ictimaiyyəti də məhz Prezident İlham Əliyevin çıxışlarından Qarabağ hadisələrini izləyirdi və nəticədə Azərbaycan ictimaiyyəti ilə bərabər sevinirdi", - deyə D.Saidjonov bildirib.

Onun sözlərinə görə, indi Azərbaycan KİV-ləri Qarabağda aparılan bərpa işləri ilə bağlı hərtərəfli məlumat almalıdır ki, bu regionun inkişafı barədə dünya ictimaiyyətini məlumatlandırsın.

D.Saidjonov əlavə edib ki, Azərbaycan Özbəkistan üçün bir çox cəhətdən çox önəmlidir və iki ölkə iqtisadi baxımdan əməkdaşlığı gücləndirdiyi kimi bunu media sahəsində də etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti