...

Azərbaycan jurnalistikası İkinci Qarabağ müharibəsi zamanı yetkinlik nümayiş etdirdi - Vüqar Xəlilov

Siyasət Materials 22 İyul 2022 22:51 (UTC +04:00)
Azərbaycan jurnalistikası İkinci Qarabağ müharibəsi zamanı yetkinlik nümayiş etdirdi - Vüqar Xəlilov

Şuşa. Trend:

Azərbaycan jurnalistikası İkinci Qarabağ müharibəsi zamanı yetkinlik nümayiş etdirdi.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında CBC TV telekanalının baş direktoru Vüqar Xəlilov deyib.

"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan jurnalistikası özünü Qərb mediasının rəhbər tuta biləcəyi və tutmalı olduğu peşəkar bir cəmiyyət kimi göstərdi", - deyə V.Xəlilov bildirib.

O, Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığının inkişafından danışaraq, ölkənin tərəfdaşları ilə birbaşa əlaqələrin qurulmasının, türkdilli dövlətlərlə əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti