...

Şuşa şəhərinin beynəlxalq mediada populyarlığı daha da artacaq - Elçin Şıxlı

Siyasət Materials 22 İyul 2022 21:33 (UTC +04:00)
Şuşa şəhərinin beynəlxalq mediada populyarlığı daha da artacaq - Elçin Şıxlı

Şuşa. Trend:

Şuşa şəhərinin beynəlxalq mediada populyarlığı daha da artacaq.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

"Şuşa şəhərinin dünya mediasında populyarlığı ilə bağlı araşdırma aparmışam və deyə bilərəm ki, bu araşdırma kifayət qədər müsbətdir. Hesab edirəm ki, gələcəkdə bu şəhərin beynəlxalq mediada populyarlığı daha da artacaq, bu tarixi şəhər haqqında çox sayda məqalələr dərc olunacaq", - deyə E.Şıxlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti