...

Şuşa qlobal problemlərin həlli üçün beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib - Rauf Arifoğlu

Siyasət Materials 22 İyul 2022 21:14 (UTC +04:00)
Şuşa qlobal problemlərin həlli üçün beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib - Rauf Arifoğlu

Şuşa. Trend:

Şuşa qlobal problemlərin həlli üçün beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib.

Trend xəbər verir ki, bunu Şuşa şəhərində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Kütləvi İnformasiya Vasitələri Sahəsində Qlobal Tendensiyalar və Yeni Çağırışlar” mövzusunda I Beynəlxalq Media Forumunda çıxışında “Yeni Müsavat” media holdinqinin baş direktoru Rauf Arifoğlu deyib.

"Şuşa ilə bağlı layihə Medianın İnkişafı Agentliyinin müsabiqəsində birinci yerə layiq görülüb. Bu layihə Şuşa haqqında ən yaxşı reportajlar əsasında dörd gün ərzində hazırlanıb. Şuşa haqqında yüzlərlə material yazmışıq, jurnalistlərimiz ərazilərimizin işğaldan azad edilməsində də iştirak ediblər. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünyanın aparıcı dövlətləri bu faktı qəbul etdi və bu gün Şuşamız qlobal problemlərin həlli üçün beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib", - deyə R.Arifoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti