...

Azərbaycan və Qazaxıstan arasında media sahəsində əməkdaşlıq yüksək inkişaf potensialına malikdir - Vladimir Kuryatov

Siyasət Materials 23 İyul 2022 13:21 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında media sahəsində əməkdaşlıq yüksək inkişaf potensialına malikdir - Vladimir Kuryatov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan və Qazaxıstan arasında media sahəsində əməkdaşlıq yüksək inkişaf potensialına malikdir

Bunu Trend-ə Şuşada keçirilən Beynəlxalq Media Forumunun kuluarlarında "Yegemen Qazaxıstan" Respublika qəzetinin İdarə Heyəti sədrinin birinci müavini Vladimir Kuryatov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafında informasiya mübadiləsi mühüm amildir.

V.Kuryatov, həmçinin qeyd edib ki, iki qardaş dövlət arasında mədəni əlaqələri daha sıx inkişaf etdirmək, bir-birini daha yaxından öyrənmək lazımdır. Bu mənada Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq böyük rol oynayır.

Onun fikrincə, bu gün KİV-də sərhədlər çəkmək mümkün deyil.

"Bu baxımdan Beynəlxalq Media Forumunun aktuallığı göz qabağındadır, çünki müxtəlif ölkələrdən burada təmsil olunan bütün media nümayəndələri eyni problemlərlə, məsələn, “saxta xəbərlər”, sosial şəbəkələrin kütlənin şüuruna təsiri ilə üzləşirlər. Düşünürəm ki, sosial şəbəkələr ümumiyyətlə atom enerjisi kimidir: həm xeyirə, həm də şərə işləyə bilər. Və bu mənada peşəkar jurnalistlər bloqqerlərlə qeyri-bərabər rəqabətdədir", - V.Kuryatov deyib.

Onun sözlərinə görə, media savadlılığının yüksəldilməsi üçün məktəblərdə və universitetlərdə xüsusi təhsilin tətbiqi lazımdır.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda beynəlxalq media forumu keçirilib.

Tədbir çərçivəsində “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar”, “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” adlı panel iclasları keçirilib.

Forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslər, həmçinin xarici media təmsilçiləri iştirak ediblər.

Twitter: @mariiiakhm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti