Bakı. Trend:
2022-ci ildə BMT Azərbaycanda 32,7 milyon dollar dəyərində 173 tədbir keçirib.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə İstiqamətləndirici Komitənin bugünkü iclasında deyib.
"Biz bu il 131 tədbirin keçirilməsi üçün 37 milyon dollar cəlb etməyi planlaşdırırıq. Bu tədbirlər xüsusən Azərbaycanın bölgələrini, o cümlədən işğaldan azad olunmuş əraziləri əhatə edəcək", - o deyib.
V.Andreyeva Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə təşəbbüslərin reallaşdırılması üçün çox əmək sərf olunduğunu və BMT-nin ölkəni 2031-ci ilədək bu məqsədlərin əldə olunmasında dəstəkləməyə davam edəcəyini deyib.