...

Natiq Əliyev: "Azərbaycan özünün ixrac strategiyasını tədricən dəyişə bilər"

Siyasət Materials 15 İyul 2006 15:22 (UTC +04:00)
Natiq Əliyev: "Azərbaycan özünün ixrac strategiyasını tədricən dəyişə bilər"

"Azərbaycan BTC neft kəmərinin istismara verilməsindən sonra gələcəkdə özünün ixrac strategiyasının dəyişməsi mümkünlüyünü istisna etmir". Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Trend ə ekslüziv olaraq verdiyi məlumata görə, Azərbaycanın neftin ixrac strategiyası müəyyən dərəcədə dəyişdirilməli olacaq. Ancaq bu, tədricən baş verəcək.

"Biz dərhal strategiyanı əsaslı surətdə dəyişəcək tədbirlər görməyəcəyik. Bizim əsas məqsədimiz BTC neft kəmərinin gücündən maksimum istifadə etməkdir. Buna görə də biz BTC vasitəsilə dünya bazarına ixrac olunması üçün regionda olan bütün nefti cəlb edəcəyik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, BTC neft kəmərinin fəaliyyətinin ilk illərində hazırda mövcud olan digər marşrutlardan, onların satış bazarlarından, məsələn Qara dəniz hövzəsindən imtina etmək böyük səhv olardı. "Bizim ixrac sisteminin diversifikasiyasının bir variantı kimi Bakı-Novorossiysk boru kəmərinin istifadəsindən imtina etmək də tez olardı. Hər halda biz iki il Ceyhanda işləməli, BTC neft kəmərinin etibarlığında, müntəzəm təchizat və effektivliyində əmin olmalıyıq", - deyə nazir bildirib.

O qeyd edib ki, Bakı-Supsa boru kəməri - hazırda neft nəqlinin ən effektiv yollarından biridir. "Bu, bizim üçün Qara dəniz hövzəsinə ən ucuz çıxışdır", - deyə o bildirib.

SEN başçısı sözlərinə görə, strategiyanın işi sistemin nə vaxta düzəldilməli olduğunu bizə göstərəcək. "BTC boru kəməri tamamilə yükləndikdə, üçüncü tərəflərin nefti üçün Bakı-Supsa və ya Bakı-Novorossiysk kəmərlərini boşaltmaq olar", - deyə nazir bildirib və qeyd edib ki, üçüncü ölkələr Bakı-Novorossiysk boru kəmərini öz neftlərinin ixracı üçün effektiv hesab etmirlər.

İyulun 13-də Ceyhanda keçirilmiş BTC boru kəmərinin istismara verilməsi münasibətilə təntənəli mərasimə gəlincə isə, Natiq Əliyev bildirib ki, Bakı-Tbilisi-Ceyhan layihəsi möhtəşəmdir. "BTC, hər şeydən əvvəl, Azərbaycan və ümumilikdə Xəzər bölgəsi üçün iqtisadi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Nazir xatırladıb ki, layihənin reallaşması yolunda, siyasi və texnoloji çəinliklər də daxil olmaqla, çox çətinliklər olub. Lakin bu çətinliklər Azərbaycan, Gürcüstan və Türkiyənin birgə fəaliyyəti və, hər şeydən əvvəl, ABŞ, sonra isə neft şirkətləri tərəfindən layihəyə cəlb olunmuş ölkələrin böyük siyasi dəstəyi sayəsində həll olunub.

"Mərasim əyani surətdə nümayiş etdirdi ki, bu ölkələr BTC-ni onların iqtisadiyyatının inkişafını tezləşdirəcək, əməkdaşlıq üçün yeni formalar açacaq böyük layihə sayırlar", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti