...

Millət vəkili Qənirə Paşayeva AŞ PA-nın Nazirlər Komitəsinə yazılı sorğu ilə müraciət edib

Siyasət Materials 22 Yanvar 2007 17:19 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun Nazirlər Komitəsinə yazılı sorğu ilə müraciət edib. Bu barədə Trend ə açıqlamasında Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Komitəsinə təqdim etdiyi yazılı sorğu Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlıdır.

"1992-ci il fevral ayının 26-da 366-cı alayın köməyi ilə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal edib və etnik mənsubiyyətinə görə dinc əhalini amansızlıqla qətlə yetiriblər. Bu il Xocalıda törədilən qətliamdan 15 il ötür. 43 körpə, 109 qadın, 16 ahıl insan daxil olmaqla 339 Xocalı sakininə qarşı insana xas olmayan tərzdə, ən qəddar şəkildə rəftar olunub, işgəncə verilib və qətlə yetirilib, çoxunun taleyi hələ də məlum olmayan 371 sakin əsir düşüb, 421 insan yaralanmış şəkildə qaçıb canını qurtarıb, Xocalı şəhəri yerlə yeksan edilib", - deyə millət vəkilinin AŞ PA Nazirlər Komitəsinə təqdim etdiyi yazılı sorğuda qeyd olunub.

Q.Paşayevanın sorğusunda Xocalıda qətliam törədən şəxslərin adları da qeyd olunub. Orada Kara Petrosyan, Seyran Ohanyan, Valeri Kikyan, Vladislav Arutryan, Xacik Mirzəyan, Andrey İsfahanyan, Armen Danelyan və digərlərinin adları göstərilib.

Millət vəkili vurğulayıb ki, separatçı lider və Ermənistanın hazırkı prezidenti Robert Koçaryan bu vəşiliyin planlaşdırılması və həyata keçirilməsində məsuliyyət daşıyır.

"Bu vəhşiliyi törədən şəxslər haqqında Azərbaycanda cinayət işi açılmasına və İnterpola müraciət olunmasına baxmayaraq onlar hələ də cəzasız qalıblar. Bunları nəzərə alaraq Nazirlər Komitəsinə müraciət etmişəm ki, Avropa Şurasının üzvü olan bir ölkənin başqa bir üzv ölkəninin ərazisini işğal etməsinə və bəşəriyyət əleyhinə törətmiş olduğu cinayətlərə adakvat hüquqi və siyasi qiymət verilməsi müvafiq olmazdımı? Eyni zamanda, Nazirlər Komitəsi Xocalı faciəsini törədənlərin Ermənistanda və digər yerlərdə gizlənməsinin nəzərə alaraq canilərin yerinin müəyyənləşdirilməsi üçün informasiya mübadiləsi aparmaq və onların həbs və eksdiradasiya etmək məqsədilə İnterpol kimi beynəlxalq təşkilatla əməkdaşlıq yolu Ermənistana təzyiqlər göstərə bilməzmi? Nəhayət, Nazirlər Komitəsi nə ücün bölgədə sabitliyin əldə olunmasının qarşısını alan Xocalı şəhəri də daxil olmaqla Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini xatırladan Avropa Şurasının 1416 saylı qətnaməsinə əməl etməyən Ermənistanın gələcəkdə bu cür əməllərdən uzaq olması üçün effektiv təzyiq və təsir mexanizmilərindən istifadə etmir?" - deyə Qərinə Paşayeva bildirib.

Xəbər lenti

Xəbər lenti