...

Politoloq: GUAM dövlətləri hələ zəif investorlardır

Siyasət Materials 19 İyun 2007 19:55 (UTC +04:00)
Politoloq: GUAM dövlətləri hələ zəif investorlardır

Azərbaycan, Bakı/ " müxbir A.Qasımova/ GUAM-a üzv ölkələr hələ zəif investorlardır və çox böyük maliyyə xərcləri tələb edən layihələrin birgə həyata keçirilməsi barədə danışmaq tezdir.

"Nəzərə alınsa ki, GUAM ölkələri zəif investorlardır, hələ də xarici investorların cəlb olunmasına ehtiyac var. Hələ ki, GUAM sülhməramlı qüvvələrinin və Avrasiya neft-qaz nəqliyyat dəhlizinin yaradılması kimi layihələrin həyata keçirilməsi barədə danışmaq tezdir", - deyə Ukraynaın "Sofiya" sosial araşdıralar mərkəzinin direktoru Andrey Yermolayev bildirib.

"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"-ın 18-19 iyunda Bakıda "GUAM: qitələri birlşdirir" şüarı altında ikinci sammiti keçirildi. Sammitin gedişində GUAM ölkələri sülhməramlı qüvvələrin və nəqliyyat dəhlizinin yaradılmasını müzakirə ediblər.

Çərşənbə axşamı Kiyevdən telefon danışığı zamanı Yermolayev bildirib ki, təşkilatın Bakıda ikinci sammitinin gedişində GUAM rəhbərlərinin görüşü geosiyasi intriqadır. Politoloqun sözlərinə görə, indi Avropa Birliyinin rolu artır. Avropa ölkələri Rusiyadan enerji asılılığına görə çox narahatdırlar, buna görə də Xəzər və Mərkəzi Asiya enerji ehtiyatlarına və yeni nəql yollarına böyük maraq göstərirlər.

"Bu, GUAM-a olan marağın qəfildən artmasının səbəblərindən biridir. Əgər daha öncə GUAM geniş mənada Şimali Atlantika qüvvələrinə meyllənmiş bir təşkilat hesab olunurdusa, indi təşkilat Avropa Birliyini hər şeydən öncə iqtisadi tərəfdaş kimi maraqlandırmağa başlayıb. Buna görə də GUAM investisiya cəlbedici layihə olub",-deyə politolq söyləyib. Yermolayev həmçinin qeyd edib ki, GUAM ölkələri və region ölkələrinin maraqlarını nəzərə alan formulanı tapmaq çox mühümdür. "Daha vacibi GUAM və Rusiya, Türkiyə kimi ölkələrin maraqlarının təmsil olunduğu Qara Dəniz Iqtisadi Birliyinin inkişafı üçün ümumi bir platforma tapmaqdır. Üstəlik GUAM-a daxil olan bütün dövlətlər QDİB-in üzvləridir", - deyə politoloq əlavə edib.

GUAM formatı postsovet ölkələri tərəfindən 1999-cu ildə Strasbuqrda Avropa İttifaqı dövlət başçılarının sammitində MDB-yə alternativ olaraq yaradılıb. 1999-cu ildə Özbəkistan formata daxil olsa da, 4 il sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə keçirilən ilk sammitdə GUAM-ı yeni- "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" adı altında beynəlxalq təşkilat elan etmək barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti